Siemens artıq 125 ildir ki, eşitmə problemi olan insanların qayğısına qalır. Konsernin banisi, görkəmli mühəndis və ixtiraçı Verner fon Siemens, ahıl yaşlarında eşitmə azlığından əziyyət çəkirdi. 1878-ci ildə o ilk dəfə telefon dəstəyinə danışıq səsini yüksəltmək üçün maqnit yerləşdirdi. Bu yolla Fonofor-telefon əsasında ilk Siemens eşitmə cihazı yarandı. Fonoforun ixtirası eşitmə protezləşməsi sahəsində Siemens firmasının gələcək tədqiqatının əsasını qoydu.
1910-cu ildən Siemens firmasında eşitmə cihazlarının istehsalı üzrə xüsusi bölmə fəaliyyət göstərir. Ötən yüzillik ərzində Siemens mütəxəssisləri bu sahədə unikal təcrübə yığıblar. Siemens öz tarixi ilə fəxr edir-eşitmə cihazlarının texnologiyasında çoxlu sayda ixtiralar onun adı ilə bağlıdır. Belə ki, 1950-ci ildə dünyada ilk cib tipli eşitmə cihazı, 1957-ci ildə dünyada ilk eynəyə yerləşdirilmiş eşitmə cihazı, 1959-cu ildə dünyada ilk qulaqarxası eşitmə cihazı, 1966-cı ildə isə ilk qulaqiçi eşitmə cihazı yaradıldı. 2003-cü ildən bu yana Siemensin bütün eşitmə cihazları yalnız rəqəmlidir.
Siemens-eşitmə cihazları texnologiyasında dünya lideridir.
Hal-hazırda dünyada satılan hər dörd eşitmə cihazından biri Siemens tərəfindən hazırlanmışdır.
Tam əminliklə geniş imkanlara malik, keyfiyyətli və etibarlı Siemens eşitmə cihazlarını seçə bilər və bundan zövq ala bilərsiniz.

 

Audiomed © 2006 |site by Demar